Gürcüstanın Saqareco rayonunun Qaraçöp mahalında “Parlaq Gələcək” kitabxanası fəaliyyətini bərpa edib

7 may, 2024

Gürcüstanın Saqareco rayonunun Qaraçöp mahalında “Parlaq Gələcək” kitabxanası fəaliyyətini bərpa edib

Gürcüstanın Saqareco rayonunun Qaraçöp mahalında fəaliyyət göstərən “Parlaq Gələcək” kitabxanası qısamüddətli fasilədən sonra fəaliyyətini bərpa edib. Bu ildən etibarən “Parlaq gələcək” kitabxanası həm də tədris mərkəzi kimi fəaliyyət göstərəcək. Mərkəzdə Azərbaycan və gürcü dilləri, şahmat və saz ifaçılığı üzrə ödənişsiz dərslər keçiriləcək. Əyani formada keçiriləcək dərslərdə 12-18 yaşlı uşaqların iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, “Parlaq Gələcək” kitabxanası 2022-ci ildə fəaliyyətə başlayıb. Kitabxana Qaraçöp bölgəsində yaşayan yüzlərlə şagirdin dərsdənkənar fəaliyyətlərdə iştirak etməsinə şərait yaratmaq məqsədilə yaradılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər