“Gürcüstandan Azərbaycana Ağız Lüğəti. Borçalı, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Gəncə” adlı kitab işıq üzü görüb

30 aprel, 2024

“Gürcüstandan Azərbaycana Ağız Lüğəti. Borçalı, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Gəncə” adlı kitab işıq üzü görüb

Azərbaycan dilinin zənginliyini özündə əks etdirən “Gürcüstandan Azərbaycana Ağız Lüğəti. Borçalı, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Gəncə” adlı kitab çapdan çıxıb.

Lüğətin tərtibçiləri Afina Barmanbay və Vasif Sadıqlıdır. Kitab Türkiyənin Qars şəhərində yerləşən Qafqaz Universitetində elmi-pedaqoji fəaliyyət göstərən soydaşımız dos. Afina Barmanbayın müraciəti əsasında Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə “DBY (Dün, Bugün, Yarın) YAYINLARI” nəşriyyatında işıq üzü görüb.

Azərbaycan türklərinin dədə-baba məskənlərindən olan indiki Gürcüstan ərazisinin Borçalı mahalında, Azərbaycanın Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir rayonlarında və Gəncə şəhərində istifadə olunan dialekt sözlər ətraflı şəkildə araşdırılaraq kitabda toplanıb.

Kitabın AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda və Bakı Avrasiya Universitetində təqdimat mərasimləri keçirilib.

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər