Gürcüstanda keçirilən şahmat yarışlarında soydaşlarımız uğur qazanıb

17 fevral, 2025

Gürcüstanda keçirilən şahmat yarışlarında soydaşlarımız uğur qazanıb

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Gürcüstan Şahmat Federasiyasının 2, 3, 4 və 5-ci dərəcələr üzrə turnirində “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin şahmat klubunun üzvləri uğurla çıxış edib.

Ümüd Əliyev 4.5 xal, Hüseyn Allahverdiyev 4 xal toplayaraq bir dərəcə yüksəlib və 4-cü dərəcə yarışlarında iştirak haqqı qazanıb.

İmdat Ələkbərov isə ilk dəfə qatıldığı dərəcə yarışında 4 xal toplayaraq 5-ci dərəcənin ikinci mərhələsinə keçib.

Məlumat üçün qeyd edək ki, “Şahmat klubu” GAİM-də 2023-cü ilin may ayından etibarən fəaliyyət göstərir. Yarandığı gündən klubun şagirdləri Gürcüstan Şahmat Federasiyasının təşkil etdiyi dərəcə yarışlarında uğurlu nəticələr əldə edir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər