Gürcüstanda azərbaycanlı abituriyentlər sınaq imtahanında iştirak edib

23 aprel, 2024

Gürcüstanda azərbaycanlı abituriyentlər sınaq imtahanında iştirak edib

Qardabanidə 11-ci və 12-ci sinif şagirdləri və imtahana hazırlaşan abituriyentlər üçün tam ödənişsiz sınaq imtahanı keçirilib. Sınaq imtahanları Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi və Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Gürcüstanın vahid milli imtahan standartlarına, eləcə də “1+4” proqramına uyğun keçirilən sınaq imtahanı verbal və riyazi məsələlərin həllini ehtiva edən 40 sualdan ibarət olub. 

Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin direktoru Çiçək Hüseynova bildirib ki, sınağın keçirilməsinin əsas məqsədi yeniyetmələrdə özünəinamın formalaşdırılması, həyəcanın aradan qaldırılması, abituriyentlərin imtahan texnologiyalarına alışmaları, həmçinin hazırlıq səviyyələrinin yoxlanılmasıdır.

Sınaq imtahanında ümumilikdə 100-ə yaxın abituriyent iştirak edib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər