Gənc diaspor fəalı COP29 sessiyalarından birində çıxış edib
21 noyabr, 2024BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) “İqlim Dayanıqlılığı və Sülh Quruculuğunda Gənclərin Liderliyi” mövzusunda tədbir keçirib.
ICESCO-nun Gənc Sülh səfiri, Misirdəki Azərbaycan diasporunun fəal üzvü Sandi Salem tədbirin "Youth Dialogue for Climate Action" (İqlim fəaliyyəti üçün Gənclər Dialoqu) sessiyasında çıxış edib.
Qeyd edək ki, Sandi Salem öz layihəsi ilə Misirdə BUE (British University in Egypt – Misirdə Britaniya Universiteti) və Azərbaycanda ADA universitetlərində COP29-a aid seminarlara qatılıb.
Foto qalereya
Digər xəbərlər