Fransada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

6 may, 2024

Fransada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Fransanın paytaxtı Parisdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə konsert keçirilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə keçirilən konsertdə fransalı siyasətçilər, iş adamları, jurnalistlər, elm xadimləri və digər şəxslər iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayeva Ulu Öndər Heydər Əliyevin ölkəmizin tarixindəki, beynəlxalq arenadakı rolundan, demokratik, hüquqi dövlət quruculuğuna və dünya siyasətinə verdiyi töhfələrdən danışıb. Konsertdə azərbaycanlı pianoçu Eldəniz Ələkbərzadə və fleytaçı Ağarəhim Quliyev Azərbaycanın tanınmış bəstəkarları və bir sıra xarici bəstəkarların mahnılarını ifa ediblər.

Tədbirdə qonaqlara azərbaycanlı rəssam Əsmər Nərimanbəyovanın rəsm əsərlərindən ibarət “Souffle de printemps” (“Bahar nəfəsi”) adlı sərgisi nümayiş olunub. Sərgidə Parisdə Assosiasiyanın nəzdində fəaliyyət göstərən “Natəvan” Azərbaycan həftəsonu məktəbinin şagirdlərinin rəsmləri də yer alıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər