FireLand Azərbaycanlılar Birliyi Brüssel şəhərində festivalda iştirak edib

7 may, 2024

FireLand Azərbaycanlılar Birliyi Brüssel şəhərində festivalda iştirak edib

FireLand (Fayələnd – Odlar yurdu) Azərbaycanlılar Birliyi mayın 5-də Brüssel şəhərində Tervueren və Etterbeek bələdiyyələrinin təşkil etdiyi küçə festivalında iştirak edib.

Milli yeməklərin, Azərbaycan mədəniyyəti və incəsənətinə aid kitab və broşürlərin, milli kəlağayının, milli suvenirlərin yer aldığı stend iştirakçıların marağına səbəb olub. Ən çox diqqət çəkən stendlərdən olan Azərbaycan guşəsində qonaqlara müxtəlif dillərdə Azərbaycan haqqında məlumatlar verilib.

Festivalda iştirak edən bir çox yerli siyasətçilər, deputatlar, partiya nümayəndələri Azərbaycan təamlarının dadına baxıb, ölkəmizlə bağlı suallar ünvanlayıblar. Belçikanın ilk xanım naziri olmuş, keçmiş xarici işlər naziri Sofi Uilmes öz komandası ilə, MR partiyasının prezidenti David Leisterh, fransızdilli  ali təhsil məsələləri üzrə nazir Valerie Glatigny, o cümlədən digər şəxslər Azərbaycan stendinə yaxınlaşaraq FireLand Azərbaycanlılar Birliyinin fəaliyyəti ilə maraqlanıb, Birliyi əməkdaşlığa dəvət ediblər.

Gün ərzində davam edən festivalda FireLand rəqs qrupunun çıxışları iştirakçıların marağına səbəb olub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər