Estoniyada soydaşlarımız futbol üzrə milli komandamıza azarkeş dəstəyi göstərib

14 oktyabr, 2024

Estoniyada soydaşlarımız futbol üzrə milli komandamıza azarkeş dəstəyi göstərib

UEFA Millətlər Liqasında futbol üzrə Azərbaycan milli komandası səfərdə Estoniya millisi ilə qarşılaşıb. Matç Tallindəki “Lilleküla” stadionunda baş tutub.

Estoniyada və Avropada yaşayan soydaşlarımız oyun zamanı müxtəlif şüarlarla milli komandaya azarkeş dəstəyi göstərib. Latviya Seyminin deputatı, Latviyada Azərbaycan diasporunun fəal üzvü Amil Səlimovun rəhbərlik etdiyi azarkeş qrupu xüsusi fəallığı ilə seçilib.

Oyunun 44-cü dəqiqəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər