Estoniyada Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

10 may, 2024

Estoniyada Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Estoniyada Karyera Təhsil Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan həftəsonu məktəbi Estoniya Təhsil Nazirliyi və Estoniya Milli Azlıqların Həftəsonu Məktəblərinin Müəllimləri Assosiasiyasının dəstəyi ilə Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edib, Azərbaycan tarixi və mədəniyyətini əks etdirən guşə qurub.

Həftəsonu məktəbinin rəhbəri Sənəm Əliyeva gimnaziyanın şagird və müəllimlərinə Azərbaycan mədəniyyəti və tarixi, həmçinin Azərbaycan reallıqları barədə məlumat verib.

Gimnaziya ailəsi Azərbaycan  muğam və xalça sənətinə dair videomateriallara baxıblar. Təqdimatın sonunda müəllim və abituriyentlərin Azərbaycanla bağlı sualları cavablandırılıb.

Azərbaycan həftəsonu məktəbi tərəfindən Narva Estoniya Dövlət Gimnaziyasına  Azərbaycanla bağlı kitablar, xalça maketləri və suvenirlər hədiyyə edilib. Tədbirin sonunda iştirakçılar Azərbaycanın milli şirniyyatlarından dadıblar.

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər