Dubayda “Azərbaycan nağılları” layihəsinə başlanılıb

23 noyabr, 2022

Dubayda “Azərbaycan nağılları” layihəsinə başlanılıb

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan Azərbaycan icması “Azərbaycan nağılları” layihəsinə start verib.

 

Dr. Gülmirə Qafarovanın təşəbbüsü ilə başlayan layihə xaricdə yaşayan azərbaycanlı uşaqların dogma dilimizi asanlıqla mənimsəməsi məqsədinə xidmət edir.

 

İndiyədək audio formatında yazılmış 40-dək Azərbaycan nağılı “YouTube” və “Spotify” platformalarında yerləşdirilib. “Hazırda nağılların sayını artırmağı planlaşdırırıq. Əminəm ki, bu layihə xaricdə yaşayan azərbaycanlı uşaqların dogma dilimizi mənimsəməsinə böyük yardım göstərəcək. Çünki bu üsulla azərbaycanlı uşaqlar istənilən yerdə nağılları dinləyə biləcəklər”, - deyə Gülmirə Qafarova qeyd edib.

 

Nağılları aşağıdakı linklərdən dinləmək mümkündür:

 

https://www.youtube.com/@azerbaycan_nagillari/videos/featured

 

https://open.spotify.com/show/4aTitZs1vXv6y64EsbXXzE?fbclid=IwAR1LVE055aXh4qjjeA9RhGRtJ00ag-Rury6kv6dy8oVw79w9Os6GfMMvRJo

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər