Avstraliyada yaşayan azərbaycanlı sənətçilər Beynəlxalq Multikultural Festivalda çıxış ediblər

11 fevral, 2025

Avstraliyada yaşayan azərbaycanlı sənətçilər Beynəlxalq Multikultural Festivalda çıxış ediblər

Azərbaycan Avstraliya İttifaqının Kanberra şəhərində keçirilən ənənəvi Beynəlxalq Multikultural Festivalda təmsil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Avstraliya-Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirə Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı müvəqqəti işlər vəkili Vaqif Cəfərov, eləcə də Sidney, Melburn və Brisbon şəhərindən gələn diaspor nümayəndələrimiz qatılıb.

Festivalda Azərbaycana aid guşə yaradılıb, əcnəbilərə milli rəqsimiz “Yallının ifa olunması öyrədilib.

Ruslan Elmanlının aparıcılıq etdiyi tədbirdə milli rəqslərimiz nümayiş olunub,  mahnılarımız səsləndirilib. Əməkdar artisti, xoreoqraf Sevinc Hüseynli “Sarı Gəlin”, Reza Xodayari “Şalaxo”, Məhsa Qənbəri  “Sevgili Canan”, Reza Xodayari ilə Məhsa Qənbəri birlikdə “Dərbəndi” rəqslərini ifa edib. Soydaşlarımız Ülviyyə Afari “Dağlarda duman gözəldir”, Şəhla Elmanlı isə “Azərbaycan” mahnılarını oxuyub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər