“Diaspor Akademiyası- 2” layihəsi çərçivəsində 6-cı təlim keçirilib
27 dekabr, 2024“Diaspor Akademiyası-2” layihəsinin növbəti 6-cı təlimi baş tutub. Təlim “Lobbiçilik” mövzusuna həsr edilib.
Tanınmış təlimçi, Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov təlim iştirakçılarına “Lobbiçilik, alətləri və iş prinsipləri”, “Lobbiçiliyin ölkələrin xarici siyasəti və nüfuzunun formalaşmasına təsiri”, “Diasporun lobbiçilik fəaliyyəti imkanları” və digər məsələlər barədə məlumat verib.
Təlim çərçivəsində xaricdə yaşayan azərbaycanlıların həmin ölkələrdə ictimai-siyasi, mədəni və digər sahələrə inteqrasiyasının vacibliyi, tərəfdarların cəlbi, lobbiçilik sahəsində aparıcı qurumlarla münasibətlərin qurulması, xüsusən sosial şəbəkələrdə fəallıq göstərilməsi kimi mövzular ətrafında müzakirələr aparılıb.
İştirakçılar qeyd edilən aktual mövzu ilə bağlı fikirlərini bildirib, təlimçiyə suallar ünvanlayıb.
Foto qalereya
Digər xəbərlər