Bolnisidə 20 Yanvar şəhidləri yad edilib

23 yanvar, 2024

Bolnisidə 20 Yanvar şəhidləri yad edilib

Gürcüstanın Bolnisi rayonunda fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbiri giriş sözü ilə mərkəzin icraçı direktoru Rezo Həsənov açıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbəri Mixail Qorbaçovun birbaşa əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələrinin Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildiyi, dinc əhaliyə qarşı misli görünməmiş hərbi cinayət törədildiyi bildirilib.

Bu hadisədən bir il öncə – 1989-cu il 9 aprel tarixində sovet imperiyasının analoji cinayəti Tbilisi şəhərindəki dinc sakinlərə qarşı törətdiyi yada salınıb. Bu qanlı qırğınları hər iki ölkənin müstəqillik tarixində dönüş nöqtəsi olduğu, xalqlarımızın öz dövlət müstəqilliklərinə qovuşduğu vurğulanıb.

 

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər