Bişkekdəki Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi dərslərə davam edir

17 sentyabr, 2024

Bişkekdəki Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi dərslərə davam edir

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi öz işini yay tətilindən sonra 7 sentyabr tarixindən bərpa edib.

Mərkəzdə həftədə iki dəfə Azərbaycan, qırğız dilləri və xoreoqrafiya sənəti tədris olunur. Dərslərdə azərbaycanlı uşaqlarla yanaşı qırğızlar da iştirak edirlər.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Birlik” İctimai Birliyinin təşəbbüsü ilə 2022-ci ilin dekabr ayından fəaliyyət göstərən Mərkəz uşaqların hər iki xalqın dilini, tarixini, mədəniyyətini öyrənməsi, qardaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər