Azərbaycanlı alim Yaponiyanın Hachioji Beynəlxalq Assosiasiyasının qonağı olub

31 oktyabr, 2024

Azərbaycanlı alim Yaponiyanın Hachioji Beynəlxalq Assosiasiyasının qonağı olub

Elektronika sahəsində dünyaca məşhur azərbaycanlı alim, soydaşımız Xəlil Kələntər Yaponiyanın Hachioji Beynəlxalq Assosiasiyasının qonağı olub.

200 slaydan ibarət təqdimatla çıxış edən alim iki saat ərzində Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və adət-ənənələri haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Eyni zamanda Azərbaycan-Yaponiya əlaqələrindən bəhs edib, Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya ilk rəsmi səfərindən, imperator Akihito, baş nazir Haşimoto, hökumət üzvləri, çoxsaylı sərmayədarlar, iş adamları ilə görüşlərindən və imzalanan sənədlərdən danışıb.

Təşkilat üzvləri maraqlı görüşə görə Xəlil Kələntərə təşəkkür edib. Sonda xatirə fotosu çəkilib.

Qeyd edək ki, Hachioji Beynəlxalq Assosiasiyası 20 iyul 2008-ci ildə yaradılıb. Təşkilatın məqsədi Yaponiyadakı əcnəbilərin cəmiyyətə inteqrasiyası və multikultural mühitin formalaşdırılmasıdır. Assosiasiya xarici rezidentlərlə, əlaqədar təşkilatlarla, dövlət qurumları və yerli hökumətlə əməkdaşlıq edir, Yaponiyada uğur qazanmış əcnəbilərlə görüşlər keçirir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər