Azərbaycanlı aktrisanın baş rolda olduğu tamaşanın premyerası keçirilib

9 aprel, 2025

Azərbaycanlı aktrisanın baş rolda olduğu tamaşanın premyerası keçirilib

İzmirin HAN Teatrında Qərbi Avropa ədəbiyyatında klassik komediya janrının banisi Jan Batist Molyerin məşhur “Tartüf” əsəri tamaşaya qoyulub. Tamaşanın rejissoru Rüçhan Güreldir.

Tamaşada baş rollardan birini Türkiyədə yaşayan azərbaycanlı aktrisa Roza İbadova Kocamaz ifa edib. Həmyerlimiz səhnədə Mariane obrazını canlandırıb. Premyera anşlaqla keçib.

Teatrdan bildirilib ki, Roza İbadova Kocamazın qardaş ölkədə səhnəyə çıxması "Bir millət - iki dövlət" şüarına uyğun olaraq, teatrlarımız arasında birlik və həmrəyliyə bundan sonra da təkan verəcək.

Qeyd edək ki, HAN Teatrı 2007-ci ildə qurulub. “Tartüf” tamaşasının rejissoru Rüçhan Gürel eyni zamanda teatrın rəhbəridir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər