Azərbaycan icmasının üzvü ABŞ-də sertifikatlarla təltif olunub

17 fevral, 2025

Azərbaycan icmasının üzvü ABŞ-də sertifikatlarla təltif olunub

Nyu Yorkda fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlova ABŞ-də icmalararası fəaliyyətdə, könüllülük, eyni zamanda  sosial mədəni proqramlardə aktiv iştiraka görə təltif olunub. Nyu York Ştatının senatorları – Stephen T.Chan (Stefan T. Çan), Jessica Scarcella-Spanton (Cesika Skarsella-Spanton), Nyu York Şəhər Şurasının üzvü Justin Brannan (Castin Brenon), Nyu York Ştat Assambleyasının üzvü Alec Brook-Krasny (Alek Bruk-Krasnı) soydaşımıza sertifikatlar, Nyu York Şəhər Şurasının üzvü Susan Zhuang (Syuzan Şuan) isə mükafat təqdim edib.

Alyona Bədəlovanın rəhbərlik etdiyi “My Way” Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzi Nyu Yorkda azərbaycanlı uşaq və gənclərin hərtərəfli inkişafında mühüm addımlar atır, milli mədəni irsimizin ABŞ-də təbliğində fəal iştirak edir. Mərkəzdə Azərbaycan milli rəqsləri, rəsm, heykəltəraşlıq üzrə kurslar təşkil olunur.

Qeyd edək ki, “My Way” Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlova Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfəyə görə Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalına layiq görülüb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər