Azərbaycanlı alim Beynəlxalq Konfutsiçilik Assosiasiyasının 7-ci Şurasının üzvü seçilib

18 noyabr, 2024

Azərbaycanlı alim Beynəlxalq Konfutsiçilik Assosiasiyasının 7-ci Şurasının üzvü seçilib

Pekində Çin filosofu Konfutsinin anadan olmasının 2575 illiyinə həsr edilmiş beynəlxalq konfrans və Beynəlxalq Konfutsiçilik Assosiasiyasının (BKA) 7-ci qurultayı keçirilib.

Konfransa 110 ölkədən 800-ə yaxın sinoloq-alim qatılıb. Pekin Xarici Dillər Universitetinin Asiya fakültəsinin Azərbaycan dili kafedrasının müdiri, Xəzər Universiteti Çin Tədqiqatlar Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev Beynəlxalq Konfutsiçilik Assosiasiyasının 7-ci Şurasının ilk azərbaycanlı üzvü seçilib.

Qeyd edək ki, 1994-cü ildə yaradılan BKA özündə dünyanın 80 ölkəsindən filosofları, dilçiləri, tərcüməçiləri və ədəbiyyatşünasları birləşdirir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər