“Avropa Azərbaycan Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin (SIDS) Sammiti”ndəki çıxışını dəstəkləyən məktub ünvanlayıb

21 noyabr, 2024

“Avropa Azərbaycan Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin (SIDS) Sammiti”ndəki çıxışını dəstəkləyən məktub ünvanlayıb

"Avropa Azərbaycan Mərkəzi"nin sədri Zaur Əliyev Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin COP29 çərçivəsində keçirilən “İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin (SIDS) Sammiti”ndəki strateji və qətiyyətli çıxışını dəstəkləyən məktub ünvanlayıb.

Məktubda Prezidentin çıxışının Azərbaycan Respublikasının kiçik ada dövlətlərinə təhsil, iqtisadi və humanitar sahələrdə göstərdiyi yardımların, ölkəmizin qlobal problemlərin həllində fəal iştirakının sübutu olduğu vurğulanıb.

Prezidentin Fransa və Niderlandın müstəmləkə keçmişinə dair irəli sürdüyü mövqeyini "Avropa Azərbaycan Mərkəzi"nin qətiyyətlə dəstəklədiyi ifadə olunub.

"Avropa Azərbaycan Mərkəzi" Azərbaycan Respublikasının iqlim dəyişikliyi, insan hüquqları və bəşəri problemlər qarşısında ədalətli mövqeyini dəstəkləməyə davam edəcəyini və ölkəmizin beynəlxalq arenada daha da güclənməsi üçün hər zaman yanında olacağını bəyan edib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər