Almaniyanın Nürnberq şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş konsert keçirilib

3 iyul, 2024

Almaniyanın Nürnberq şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş konsert keçirilib

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyanın Nürnberq şəhərinin “Simurg” Konsert salonunda Milli Qurtuluş Günü münasibətilə balaban ifaçısı, Prezident mükafatçısı Nicat Məsimovun konserti keçirilib.

Konsert proqramına dünyanın müxtəlif ölkələrindən sənətsevərlər və Almaniyada yaşayan azərbaycanlılar qatılıb.

Musiqili gecənin əvvəlində tədbirin təşkilatçısı – Azərbaycanın opera müğənnisi, hazırda Almaniyanın Nürnberq şəhərində yaşayan, Prezident və “Zirvə” mükafatlarına layiq görülən Cavid Səmədov çıxış edərək bildirib ki, balaban alətinin Avropada məhz Azərbaycan musiqi aləti kimi tanıdılması qarşıya qoyulan əsas məqsədlərdəndir.

ABŞ-nin Nyu York şəhərində məşhur “Karnegi Hol” (“Carnegie Hall”) konsert mərkəzində, eləcə də Braziliyanın ən böyük konsert salonlarında solo konsertləri keçirilmiş gənc musiqiçi Nicat Məsimovun milli musiqi alətimiz balabanın dünyada təbliğində aktiv iştirak etdiyi diqqətə çatdırılıb.

Konserti maraqla izləyən tədbir iştirakçıları gənc ifaçının çıxışını ayaqüstə sürəkli alqışlarla qarşılayıblar.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər