Komitə əməkdaşları və diaspor nümayəndələri II Şəhidlər Xiyabanını ziyarət ediblər
27 sentyabr, 2022Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və hazırda Azərbaycanda olan 16 ölkədən 40-a yaxın diaspor nümayəndəsi 27 sentyabr – Anım Günü ilə əlaqədar II Şəhidlər Xiyabanını ziyarət ediblər.
Ziyarət zamanı ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib.
Qeyd edək ki, bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Anım Günü ilə əlaqədar çoxsaylı tədbirlər keçirir, şəhidlərimizin xatirəsini ehtiramla yad edirlər. Soydaşlarımız eyni zamanda yaşadıqları ölkələrin ictimaiyyətinə Anım Gününün mahiyyəti barədə ətraflı məlumat verirlər.
|
|
Foto qalereya
Digər xəbərlər