Xocalı qurbanları Hannoverdə anılıb
27 fevral, 2024
Almaniyanın Hannover şəhərində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Alman - Azərbaycan Dotluq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə ilk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin və Xocalı qurbanlarının ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükut elan edilib. Daha sonra Cəmiyyətin sədri Rəbiyə Nəbiyeva 32 il əvvəl dinc əhalini hədəf alan ermənilərin vəhşiliyindən, 613 nəfərin qətlə yetirilməsi ilə nəticələnən Xocalı soyqırımının tarixindən bəhs edib, bu faciənin Azərbaycan tarixində buraxdığı izin əsrlər keçsə də silinməyəcəyini bildirib. Daha sonra Dilda Kərimova, Jalə Köşə və Könül Lixtenberq Xocalı faciəsinin dünya azərbaycanlıları, o cümlədən Hannoverdə yaşayan Azərbaycan icması tərəfindən hər il qeyd olunmasının zəruriliyindən danışıblar. Tədbirin sonunda erməni vəhşiliyini əks etdirən “İşgəncələr məbədi-Şuşa həbsxanası”sənədli filmi nümayiş olunub.
Qeyd edək ki, “Xocalıya Ədalət” beynəlxalq təbliğat və təşviqat kampaniyası çərçivəsində diaspor təşkilatları və xaricdə fəaliyyət göstərən Azərbaycan evləri tərəfindən Xocalı həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, erməni işğalçılarının mənfur əməllərini beynəlxalq müstəvidə tanıtmaq məqsədilə müxtəlif səpkili tədbirlər həyata keçirilir.
Foto qalereya
Digər xəbərlər