Vladivostokda şəhidərimiz yad edilib
30 sentyabr, 2022Rusiyanın Vladivostok şəhərində 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.
Primorsk diyarında fəaliyyət göstərən Azərbacan diasporunun “Dostluq” ictimai təşkilatının təşəbbüsü ilə baş tutan anım tədbirində torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlandan keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən “Dostluq” ictimai təşkilatının sədri Ramiz Zeynalov və başqa soydaşlarımız iki il öncə Ermənistanın ölkəmizə qarşı başlatdığı genişmiqyaslı hücumlara Silahlı Qüvvələrimizin 44 gün ərzində sarsıdıcı cavab verdiyini xatırladıblar. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli hərbçilərimizin Azərbaycan bayrağını yenidən işğaldan azad edilmiş torpaqlarımızda ucaltması tarixi ədalətin bərpası kimi qiymətləndirilib. Şəhidlərimizin heç bir zaman unudulmayacağı bir daha vurğulanıb.
Foto qalereya
Digər xəbərlər