Komitə sədrinin müavini Macarıstanın dövlət katibi ilə görüşüb

3 fevral, 2024

Komitə sədrinin müavini Macarıstanın dövlət katibi ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov Budapeştə səfər çərçivəsində Macarıstanın milli siyasət üzrə dövlət katibi Arpad Yanos Potapi ilə görüşüb.

Görüşdə Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə iştirak edib.

Görüş zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırılıb.

V.Seyidbəyov dövlətimizin diaspor siyasəti, Komitənin fəaliyyət istiqamətləri, yaxın gələcəkdə Milli Siyasət üzrə Dövlət Katibliyi ilə birgə həyata keçirilə biləcək layihələr barədə danışıb.

Sönra iki ölkənin dövlət qurumları arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Diasporla İş üzrə Dövlət Komitəsi adından dövlət katibinə xatirə hədiyyəsi təqdim edilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər