Kanadalı parlamentar Torontodakı Azərbaycan Evini ziyarət edib

25 yanvar, 2024

Kanadalı parlamentar Torontodakı Azərbaycan Evini ziyarət edib

Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin növbəti qonağı Kanada parlamentinin Nümayəndələr Palatasının üzvü Əli Sayrus Ehsassi olub.

Görüş zamanı Azərbaycan Evinin rəhbəri Lalin Həsənova qonağa fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, xalqımızın qədim tarixi, zəngin mədəni irsi ilə bağlı həyata keçirilən layihələrdən danışıb. Azərbaycan Evinin nəzdində həftəsonu məktəbinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Ontario qanunvericilik məclisi və Kanada parlamentinin üzvləri ilə əməkdaşlıq əlaqələrindən danışıb. 

Sonra qonağa “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi ilə Torontoda fəaliyyət göstərən ELTV media qrupunun Azərbaycandakı multikulturalizmdən bəhs edən “History of Azerbaijan” sənədli filmi təqdim edilib. 

Azərbaycan Evinin fəaliyyətini yüksək qiymətləndirən və ölkəmizdə multikultural dəyərlərin mövcudluğundan heyranlıqla danışan qonaq icma üzvlərinin suallarını cavablandırıb, hətta icma üzvlərindən biri ilə nərd oynayıb.

 

https://www.youtube.com/watch?v=TKb7Ph2-Cs8

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər