Qardabanidə Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

23 fevral, 2024

Qardabanidə Xocalı faciəsinin 32-ci  ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Gürcüstandakı Azərbaycanlı Müəllimlər İttifaqının təşəbbüsü və təşkilatçılığı ilə Gürcüstanın Qardabani rayonunun Muğanlı kəndində Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

Xocalıda həlak olan dinc sakinlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə İttifaqın Marneuli və Qardabanidən olan idarə heyətinin üzvləri, müəllimlər, gənclər və məktəblilər iştirak edib. Sonra İttifaqın idarə heyətinin üzvü, Marneuli rayonu 1 saylı Təzəkənd ictimai məktəbinin müəllimi Adilə Alıqızı Xocalı faciəsi ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.

İttifaqın idarə heyətinin üzvü, Qardabani rayonu Muğanlı ictimai məktəbinin direktoru Dilarə Abazova Xocalı soyqırımının insanlığa qarşı törədilmiş cinayət olduğunu vurğulayıb.

Tədbir zamanı məktəblilər və gənclər Xocalı faciəsinə həsr edilmiş müxtəlif şeirlər səsləndirib.

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər