Meksikada yaşayan həmyerlimiz fəxri ada layiq görülüb

1 mart, 2024

Meksikada yaşayan  həmyerlimiz fəxri ada layiq görülüb

Meksikada yaşayan həmyerlimiz Natiq Atakişiyev Meksika Milli Humanitar Elmlər və Texnologiyalar Şurasının qərarı ilə “Fəxri Milli Tədqiqatçı” adına layiq görülüb. Azərbaycan Respublikasının əməkdar elm xadimi, Meksika Milli Avtonom Universitetinin Riyaziyyat İnstitutunun professoru, tanınmış fizik bu adla təltif olunmuş ilk azərbaycanlı olaraq adını tarixə yazdırıb.

Qeyd edək ki, Meksika Birləşmiş Ştatlarının 200 illik yubileyi ilə əlaqədar buraxılmış “Dünyanın bizə miras qoyduğu 200 meksikalı” toplusunda Natiq Atakişiyevin adı da yer alıb. N.Atakişiyev elmi fəaliyyətlə yanaşı, ictimai fəaliyyətlə də məşğul olur. O, Meksika-Azərbaycan əlaqələrinin inkişafında fəal rol oynayan şəxslərdəndir. 2022-ci il Zəfər Qurultayının  iştirakçısı olan, həmçinin yaxın günlərdə 85 yaşını qeyd edən fizik “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə də təltif olunub.

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər