Kütahyada Xocalı soyqırımı ilə bağı silsilə tədbirlər keçirilib

27 fevral, 2024

Kütahyada Xocalı soyqırımı ilə bağı silsilə tədbirlər keçirilib

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Kütahyada silsilə tədbirlər keçirilib.

Əvvəlcə Kütahya Tunçbilək Bələdiyyəsinin və Kütahya Azərbaycanlılar Mədəniyyət və Həmrəylik Dərnəyinin təşkilatçılığı ilə Tunçbilək rayonunda yürüş keçirilib. Tunçbilək Bələdiyyəsinin qarşısından başlayan yürüş Azərbaycan Parkında başa çatıb. Yürüş iştirakçıları əllərində Xocalı soyqırımına aid şüarlar yazılmış plakatlar və Azərbaycan Türkiyə bayraqları dalğalandırıb.

Sonra anım mərasimi təşkil olunub. Tədbir iştirakçıları Tunçbiləkdə salınmış Azərbaycan Parkında təşkil olunmuş fotosərgi ilə tanış olublar. Parkda ucaldılmış Xocalı abidəsi önünə gül dəstələri qoyaraq, Xocalı qurbanlarının əziz xatirəsi ehtiramla yad ediblər.

Mərasimdə Tunçbilək Bələdiyyəsinin sədri Mustafa Düzgün və Kütahya Azərbaycanlılar Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri İlqar İdrisov çıxış edərək, Xocalı soyqırımı barədə iştirakçılara məlumat veriblər. Qeyd edilib ki, ağır nəticələrinə görə Xocalıda baş verən soyqırımın analoqu yoxdur. Belə dəhşəli vandalizm aktını törədənlərin tezliklə ədalət mühakiməsinə cəlb olunması tələb olunub.

Bildirilib ki, Türkiyədə Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində çoxlu işlər görülüb və bundan sonra da davam etdiriləcək. Kütahyada Azərbaycan Parkının salınması və burada ucaldılmış Xocalı abidəsi bunun göstəricisi kimi qiymətləndirilib.

Xocalı soyqırımı ilə bağlı anım mərasimi və fotosərgi eyni zamanda Kütahyanın mərkəzində təşkil olunub. Burada reklam monitorunda Xocalı soyqırımı ilə bağlı posterlər yerləşdirilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər