Komitə sədri Türkiyə Məzunlarının beynəlxalq görüşündə iştirak edib

2 oktyabr, 2023

Komitə sədri Türkiyə Məzunlarının beynəlxalq görüşündə iştirak edib

Bakı şəhərində dünyanın müxtəlif ölkələrində yaşayan Türkiyə Məzunlarının ilk beynəlxalq görüşünün açılış mərasimi keçirilib.

Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və Türkiyənin rəsmi şəxsləri, Türkiyədə təhsil almış 21 ölkənin, eləcə də Azərbaycanın məzunları iştirak ediblər.

Görüşçıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov bildirib ki, tədbir Azərbaycan və türk dünyası üçün tarixi hadisələrin baş verdiyi bir dövrdə keçirilir: “Biz Azərbaycanın tarixi torpaqlarının azad olunmasının, ərazilərimizin bütövlüyünün təmin olunmasının, Qarabağda böyük Qələbəmizin şahidləriyik. Azərbaycan və türk gəncliyi tariximizin mahiyyətcə yeni mərhələsində bir olmalı, türk-Azərbaycan diasporları bütün dünyada “yumşaq güc” anlayışının ən güclü tərəfləri olmalıdır. Prezident İlham Əliyevin “Bir millətin iki diasporu olmaz” ideyası türk dövlətləri diasporlarının bir yumruq kimi birləşməsi istiqamətində mayak rolunu oynayır”.

DİDK ilə YTB-nin birgə fəaliyyət strategiyasından söz açan komitə sədri Türkiyə məzunlarını dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan evləri və Azərbaycan həftəsonu məktəbləri ilə sıx əməkdaşlıq etməyə dəvət edib.

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər