Kanada mətbuatı İsrail Prezidentinin İlham Əliyevlə bağlı fikirlərinə yer ayırıb

1 mart, 2024

Kanada mətbuatı İsrail Prezidentinin İlham Əliyevlə bağlı fikirlərinə yer ayırıb

“Sizin rəhbərliyiniz altında Azərbaycan iki onillikdə sabitliyi, iqtisadi inkişafı, həmçinin dini azadlıqları təmin və mühafizə edib. Əminəm ki, yenidən seçilməyiniz bundan sonra da ölkənizin rifahının parlaq gələcəyini təmin edəcəkdir”.

İsrail Prezidenti İsaak Hersoqun azərbaycanlı həmkarı İlham Əliyevlə bu yaxınlarda Münhendə keçirilmiş beynəlxalq konfransdakı görüşü zamanı söylədiyi bu sözlər Kanadanın nüfuzlu “Thej.ca” media platformasında dərc olunmuş “Əlaqələrin gücləndirilməsi: İsrail Prezidenti Hersoq Azərbaycanın rəhbərliyini yüksək qiymətləndirir” sərlövhəli məqalədə əks olunub.

Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisiçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avrahamın müəllifi olduğu məqalədə bildirilib ki, İsrail Dövlətinin başçısı sözügedən görüşdə azərbaycanlı həmkarını növbədənkənar prezident seçkilərində əldə etdiyi parlaq qələbə münasibətilə təbrik edib.

Məqalədə qeyd olunur ki, ikitərəfli əlaqələrin mühüm iqtisadi, təhlükəsizlik və siyasi faydalar təmin etdiyini vurğulayan İsrail prezidenti ölkəsinin Azərbaycan ilə münasibətləri dərindən qiymətləndirdiyini, ölkəmizlə güclü və davamlı tərəfdaşlığa sadiqliyini diqqətə çatdırıb. Hersoq Prezident İlham Əliyevə xitabən bunları da əlavə edib: “Azərbaycan və İsrail arasında əlaqələrin daha da təşviqi və möhkəmləndirilməsi üçün sizinlə işləmək fürsətinə görə təşəkkür edirəm. Keçən il gözəl ölkənizə səfərim zamanı mənə göstərdiyiniz qonaqpərvərliyə görə həmişə minnətdar olacağam. Qarşılıqlı maraqlarımızı önümüzdəki illərdə inkişaf etdirməyə çalışarkən ölkələrimiz arasındakı əlaqələri daha da dərinləşdirmək üçün sizinlə əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirəm” .

İsrailin Azərbaycanla tərəfdaşlığının strateji əhəmiyyət kəsb etdiyi bildirilən yazıda hər iki ölkənin radikal dini fanatizmlə mübarizə apardığı diqqətə çatdırılıb. Azərbaycan neftinin bir nömrəli ixracatçısına çevrilməsinin ölkəsinə HƏMAS terror təşkilatına qarşı mübarizədə son dərəcə faydalı olduğunu vurğulayan müəllif bəzi qüvvələrin İsraillə əlaqələri kəsmək çağırışlarına məhəl qoymayan Azərbaycan hökumətinə qərəzsiz və ədalətli mövqeyinə görə minnətdarlığını ifadə edib.       

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.thej.ca/2024/02/29/strengthening-bonds-israels-president-herzog-commends-azerbaijans-leadership/

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər