İsraildə fəaliyyət göstərən Kanal24.az beynəlxalq ictimaiyyətə müraciət edib

22 sentyabr, 2023

İsraildə fəaliyyət göstərən Kanal24.az beynəlxalq ictimaiyyətə müraciət edib

İsraildə fəaliyyət göstərən Kanal24.az ölkəmizin Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törədilməsini sərt şəkildə pisləyib.

Kanal24.az-ın adından BMT-nin müvafiq strukturlarına, Avropa Parlamentinin ABŞ ofisinə, Nyu-York ştatı Assambleyasına, Nyu-York qubernatoruna, Beynəlxalq Sülh İnstitutuna, “Human Rights Watch” və digər təşkilatlara ünvanlanan bəyanatda bildirilib ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xocavənd rayonu ərazisində törədilmiş təxribat və terror nəticəsində Azərbaycanın 2 mülki vətəndaşının və 4 polis əməkdaşının həlak olması xəbəri İsraildəki Azərbaycan diasporunun üzvlərini dərindən kədərləndirib. 

Nəzərə çatdırılıb ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 67 nəfər həlak olub. Bildirilib ki, Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata və beynəlxalq hüquqa zidd davranışı Azərbaycanın mülki vətəndaşlarının və hərbi qulluqçularının həyatını təhlükə altına atır.

Azərbaycana dəstəyini ifadə edən Kanal24.az beynəlxalq ictimaiyyəti bölgədə dayanıqlı sülhün və sabitliyin əldə olunması naminə Ermənistana güclü təzyiqlər göstərməyə və qətiyyətli addımlar atmağa çağırıb. 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər