Haaqadan Türkiyənin Hatay bölgəsinə 8 konteyner-ev göndərilib

11 dekabr, 2023

Haaqadan Türkiyənin Hatay bölgəsinə 8 konteyner-ev göndərilib

Niderlandın Haaqa şəhərində fəaliyyət göstərən Hollanda-Azərbaycan Türk Kültür Dərnəyi qardaş Türkiyənin zəlzələdən zərərçəkmiş Hatay bölgəsinə 8 konteyner-ev göndərib.

 Dərnək sədri İlhan Aşkın bildirib ki, konteyner-evlər Bülent Türkerin vasitəsilə Hatay vilayətinin Harbiye rayonuna çatdırılıb. Bundan başqa, zəlzələdən zərərçəkənlərə ərzaq məhsulları və geyim əşyaları da hədiyyə edilib. 

Qeyd edək ki, Hollanda-Azərbaycan Türk Kültür Dərnəyi bu ilin 6 fevral tarixində Türkiyədə baş vermiş dəhşətli təbii fəlakətin ilk günündən zəlzələdən zərəçəkənlərə yardım kampaniyasına başlayıb. Bu il ərzində zəlzələ qurbanlarına dəfələrlə qış, yay geyimləri və ərzaq məhsulları göndərilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər