Fransanın Tur şəhərində keçirilən festivalda Azərbaycan dili təbliğ olunub
23 noyabr, 2022Fransanın Tur (Tours) şəhərində keçirilən ənənəvi dillər festivalında Azərbaycan təmsil olunub.
Fransada yaşayan soydaşımız Eşqi Camalovun təşəbbüsü ilə təşkil edilən Azərbaycan guşəsində doğma dilimizi, ölkəmizin rəmzlərini, coğrafiyasını, mədəniyyətini, ədəbiyyatını və mətbəxini əks etdirən kitablar, broşürlər, fotomateriallar, milli geyimlər, musiqi alətləri və şirniyyatlar təqdim edilib.
Festival çərşivəsində ziyarətçilərə “Azərbaycan dilinə giriş” fənni tədris olunub. Bu kursu keçən hər bir şəxsə sertifikat verilib. Dilimizi öyrənmək həvəsində olanlara növbəti ildə keçiriləcək kursda iştirak tövsiyə edilib.
Festival iştirakçılarına “Şərur Yallısı” nümayiş etdirilib. Bu rəqslə maraqlanan yerli sakinlərə yallının qaydaları göstərilib.
Qeyd edək ki, Tur şəhərində dillər festivalı ilk dəfə 1995-ci ildə təşkil edilib. Eşqi Cavalovun təşəbbüsü ilə ölkəmiz 2019-cu ildən etibarən bu festivalda iştirak edir. Festival çərçivəsində Azərbaycan dili kursları təşkil olunur.
Foto qalereya
Digər xəbərlər