“Azərbaycanda Qızılbaş İrsi: tarixin izi ilə” mövzusunda beynəlxalq konfransın panel iclasları keçirilib
28 noyabr, 2023Azərbaycan Diasporuna Dəstək Fondunun və “Qızılbaş” Qlobal İrsi Təşkilatının birgə dəstəyi ilə Bakıda keçirilən “Azərbaycanda Qızılbaş İrsi: tarixin izi ilə” mövzusunda beynəlxalq konfrans öz işini panel iclasları ilə davam etdirib.
Konfransın ilk panel iclası “Azərbaycan qızılbaşların tarixi vətəni kimi” mövzusuna həsr olunub. Dünyaca məşhur “Delta Health Group” holdinqinin icraçı direktoru Arşi Kızılbaşın (Kanada) moderatorluğu ilə aparılan panel iclasında türkiyəli tarixçi professor Ahmet Taşğın (Türkiyə), siyasi və dövlət xadimi Ağa Sarvar Raza Qazilbaş (Pakistan), AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Tofiq Nəcəfli və “Google” şirkətinin qlobal rəhbəri vəzifəsini icra edən Sami Kızılbaş çıxış ediblər.
“Dünya Qızılbaş icması birliyə doğru” mövzusuna həsr olunmuş II panel iclası isə “Qızılbaş” Qlobal İrsi Şurasının həmsədri Babək Hüseynlinin moderatorluğu ilə baş tutub. İclasda AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Əhməd Quliyev, Pakistanın Pəncab əyalət parlamentinin deputatı Ağa Ali Hayder, “İslamabad Consulting” şirkətinin baş strategiya, məhsul və kommersiya məsələləri üzrə direktoru Zülfiqar Ali Qazilbaş (ABŞ), Qlobal Qızılbaş İrsi Təşkilatının Əfqanıstan və Çin üzrə koordinatoru Ali Mansur Afşar (Əfqanıstan) çıxış ediblər.
Hər iki panel iclası sualların cavablandırılması və şərhlərin verilməsi ilə yekunlaşıb.
Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Qeyd edək ki, beynəlxalq konfrans “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikasında keçirilməsi planlaşdırılan tədbirlər planına uyğun olaraq gerçəkləşdirilib.
Foto qalereya
Digər xəbərlər