Azərbaycan icması Macarıstanın yeni seçilmiş Prezidentini təbrik edib
1 mart, 2024Budapeşt Azərbaycan Evi və Macarıstandakı Azərbaycan icması cənab Tamaş Şuyoku Prezident seçilməsi münasibətilə təbrik edib. Təbrik məktubunda Prezidentə yeni vəzifələrin icrasında uğurlar arzu edilib. Bundan əlavə, bu yeni mərhələdə Azərbaycan və macar xalqları arasında dostluq münasibətlərinin daha da dərinləşəcəyinə ümid ifadə olunub. Təbrik məktubunda macar xalqının seçiminin ölkədə müsbət dəyişikliklərə və inkişafa səbəb olacağı qeyd edilib.
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər