ABŞ mətbuatı Qaradağlı və Xocalı qətliamlarından yazıb

23 fevral, 2024

ABŞ mətbuatı Qaradağlı və Xocalı qətliamlarından yazıb

Dünya istər Qarabağda, istərsə də İsrailin cənubunda baş verən zorakılıq və insanlığa qarşı cinayətlərə qarşı tədbir görməlidir.

Bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisiçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avraham ABŞ-ın populyar “The Jewish Press” nəşrində dərc olunmuş məqaləsində yazıb.

“Qaradağlı və Xocalı qətliamları 7 oktyabr hadisələrinin müjdəçisi oldu” sərlövhəli məqalədə qeyd olunub ki, dünya azərbaycanlıları ermənilər tərəfindən 32 il bundan öncə azərbaycanlılara qarşı etnik zəmində törədilmiş Qaradağlı və Xocalı qətliamlarının qurbanlarının xatirəsini anır.

Eyni zamanda diqqətə çatdırılıb ki, keçən il oktyabrın 7-də İsraildə olduğu kimi, 1992-ci il fevralın 17-də də Azərbaycanın Qaradağlı kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb, 118 kənd sakini girov götürülüb və bu girovlar da israilli girovlar kimi ağır işgəncələrə məruz qalıblar. Bir neçə gün sonra isə ermənilər Xocalıda miqyasca daha böyük cinayəti reallaşdırıblar. Onlar uşaqlar, qadınlar və qocalar da daxil olmaqla burada 613 dinc azərbaycanlı sakini qətlə yetiriblər. Müəllif hər iki cinayət fonunda israilli qadınlar kimi, azərbaycanlı qadınların da zorlamaya məruz qaldığını vurğulayıb.

Məqalədə İsrailn sabiq Prezidenti Reuven Rivlindən də sitata gətirilib: “Bu gün biz özümüzə vicdanla sual verməliyik: soyqırıma qarşı mübarizəmiz kifayət qədər effektivdirmi? Bosniyada kifayət qədər təsirli oldumu? Xocalıdakı qətllərin qarşısının alınmasında təsirli oldumu? Taliban rejimində və Suriyada kifayət qədər effektivdirmi? Yoxsa Nigeriyada Boko Haramın vəhşiliklərinə qarşı nəsə edə bilirik? Bəlkə çox göz yaşı töküb, az tədbir görürük? Terrorizm qan qrupları arasında fərq qoymur. Bu müharibədə hamımız, bütün birləşmiş millətlər, azad dünya ölkələri vahid cəbhə yaratmalıyıq”.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.jewishpress.com/indepth/opinions/qaradaghli-and-khojaly-massacres-were-precursors-to-october-7/2024/02/22/

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər