31 mart soyqırımı qurbanları Gürcüstanda anılıb

2 aprel, 2024

31 mart soyqırımı qurbanları Gürcüstanda anılıb

Tbilisi və Qardabanidə 31 mart soyqırımına həsr olunmuş tədbirlər keçirilib.

Tbilisidə yerləşən “Alyans Gənclər Mərkəzi” növbəti tarix dərsini 31 Mart –Azərbaycanlıların Soyqırımı Gününə həsr edib. Dərsin əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dərs zamanı şagirdlər “31 mart soyqırımı – XX əsrin unudulmayacaq vəhşiliyi” adlı təqdimatla çıxış ediblər. Təqdimatda qeyd edilib ki, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri tərəfindən törədilmiş soyqırımı aktı nəticəsində 12 minə yaxın azərbaycanlı amansızlıqla qətlə yetirilib.

Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin təşkil etdiyi tədbir də soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra mərkəzin sədri Çiçək Hüseynova şagirdlərə, tələbələrə və gürcü ictimaiyyətinin nümayəndələrinə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü haqqında məlumat verib. O, bildirib ki, 1918-ci ilin 30 mart-3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri 12 minə yaxın azərbaycanlını amansızca qətlə yetirib, on minlərlə insan itkin  düşüb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər