Türküstan vilayətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasını 101 illiyinə həsr edilmiş açıq dərs keçirilib

21 may, 2024

Türküstan vilayətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasını 101 illiyinə həsr edilmiş açıq dərs keçirilib

Qazaxıstanın Türküstan vilayətində fəaliyyət göstərən "Qarabağ" Azərbaycan Etnomədəni Birliyinin nəzdindəki bazar günü məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş “Ümummilli lider Heydər Əliyevin fəaliyyəti” mövzusunda açıq  dərs keçirilib.

Birliyin sədri Ramilə Mustafayeva şagirdlərə Ulu Öndərin həyat və fəaliyyəti, müasir Azərbaycanın inkişafındakı rolu haqqında ətraflı məlumat verib   O, bildirib ki, Heydər Əliyev Azərbaycan xalqı üçün dahi və əvəzolunmaz tarixi şəxsiyyətdir. Dərsdə Ulu Öndərin zəngin irsinin gənclərimiz tərəfindən dərindən öyrənilməsinin vacibliyi şagirdlərin diqqətinə çatdırılıb. Ulu Öndərin dövlətçilik prinsiplərini sağlam təməllər üzərində möhkəmləndirməyi, xalqımızın milli-mənəvi dəyərlərini yaşatmağı həyatının əsas amalına çevirdiyi, öz şəxsiyyəti və mübarizə yolu ilə gələcək nəsillərə daim nümunə olacağı vurğulanıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər