Torontoda 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı münasibətilə tədbir təşkil edilib
24 aprel, 2024Kanadanın Toronto şəhərində 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı münasibətilə Kanada Türk Mədəniyyət və Folklor Cəmiyyəti tərəfindən təşkil olunmuş tədbirdə Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri də iştirak edib.
“Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri rəqs müəllimi Orxan İslamovun rəhbərliyi ilə müxtəlif rəqs nömrələri, o cümlədən “Sarı Gəlin” və “Zəfər” rəqslərini ifa ediblər. Rəqslər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirə Türkiyənin Torontodakı konsulu Can Yoldaş, Ontario vilayətinin Turizm, mədəniyyət və idman nazirinin Kanada parlamentində köməkçisi Şeref Sabavi, Ontario Əyaləti üzrə Mental sağlamlıq və asılılıqlar naziri Maykl Tibollo və digər rəsmi şəxslər qatılıb.
Foto qalereya
Digər xəbərlər