Tanınmış nəsimişünas alim Naxçıvana gəlib

18 avqust, 2023

Tanınmış nəsimişünas alim Naxçıvana gəlib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə alman alimi, tanınmış nəsimişünas Mixael Reynhard Hess qədim Naxçıvan şəhərinə gəlib.

O, Naxçıvanda keçirilən “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsi çərçivəsində “Azərbaycanın müstəqillik tarixi” mövzusuna həsr olunmuş paneldə məruzəçi kimi çıxış edib.

Səfər çərçivəsində alim Naxçıvandakı Əlincə qalasını, hürufilik təriqətinin banisi, məşhur mütəfəkkir və şair Fəzlullah Nəiminin məzarını ziyarət edib.

Qeyd edək ki, Azad Berlin Universitetində və Giezen şəhər Universitetində türkologiya kafedrasında çalışan Mixael Reynhard Hess Azərbaycanla bağlı bir neçə kitabın müəllifidir. Onların arasında “İlah-insanın dili. İmaməddin Nəsiminin Türk Divanının araşdırması”, "Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi”, “Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” adlı kitablar var.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər