Soydaşlarımız Praqada keçirilən şahmat çempionatında birincilik qazanıblar
21 may, 2024
Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən şahmat üzrə Praqa Gənclər Çempionatı 2024 finalında soydaşımız Elmira Vəliyeva 10 yaşlı qızlar arasında 1-ci yeri tutub. O, bu qalibiyyətdən sonra Şahmat Federasiyası tərəfindən qızların milli komandasına daxil edilib. Komanda 8-20 yaş aralığında olan 8 qızdan ibarətdir.
Elmiranın qardaşı Adil Vəliyev isə 12 yaşınadək oğlanlar arasında keçirilən yarışda 1-ci yeri tutub.
Qeyd edək ki, Elmira Vəliyeva iyul ayında Fransada keçiriləcək 2 fərqli FİDE beynəlxalq çempionatında Çex Respublikasını təmsil edəcək.
Çempionatın nəticələrinə aşağıdakı linklərdən keçid etmək olar:
https://chess-results.com/tnr936821.aspx?lan=1&art=4&fed=CZE&turdet=YES
https://chess-results.com/tnr936825.aspx?lan=1&art=4&fed=CZE&turdet=YES
Foto qalereya
Digər xəbərlər