Soydaşlarımız Kanadanın cüdo üzrə milli çempionatının medallarını qazanıblar

7 iyun, 2024

Soydaşlarımız Kanadanın cüdo üzrə milli çempionatının medallarını qazanıblar

Kanadanın Monreal şəhərində keçirilən cüdo üzrə milli çempionatda həmyerlilərimiz uğurla çıxış ediblər.

Kanadanın Alberta əyalətində yaşayan soydaşımız Emiliya Əliyeva 70 kq-dək yaş qrupunda 16 yaşlılar arasında rəqiblərinə qalib gələrək 1-ci yeri tutub. O həmçinin U18 yaş qrupunda 3-cü yeri tutaraq bürünc medala sahib olub.

Gənc idmançının atası və məşqçisi Vəsfi Əliyev bildirib ki, “Hiro's Judo Club”u təmsil edən Emiliya Əliyeva 70 kq çəki dərəcəsində U16 yaş qrupuna mənsub olmasına baxmayaraq, U18 yaş qrupunda da Alberta və Kanada komandalarının tərkibində yarışlarda çıxış edib və yüksək nailiyyətlər qazanıb.

100 kq-dan yuxarı çəki dərəcəsində olan cüdoçular arasında isə Vəsfi Əliyev qızıl medala layiq görülüb. O yalnız Azərbaycan cüdo məktəbinə xas texnika nümayiş etdirib və rəqiblərinə ippon fəndi ilə qalib gələrək Kanada çempionu olub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər