Soydaşımızın Qazaxıstanın Kurday rayonunun Tarix muzeyindəki guşəsi ziyarət olunub

7 iyun, 2024

Soydaşımızın Qazaxıstanın Kurday rayonunun Tarix muzeyindəki guşəsi ziyarət olunub

Qazaxıstanın Cambul vilayətinin Kurday rayon xəstəxanasının baş həkimi olmuş, azərbaycanlı revmatoloq-ortoped, diaspor rəhbəri Eyvaz Zamanovun Kurday rayonunda yerləşən Aljan Ana Tarix muzeyində açılan guşəsi ziyarət olunub. Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin anasının adını daşıyan muzeydə Kurday rayonunda fəaliyyət göstərən ictimai-siyasi xadimlər, yüksək rütbəli şəxslər haqqında məlumatlar verilir, onlara aid əşyalar sərgilənir.

Eyvaz Zamanov uzun illər rayon xəstəxanasının baş həkimi olub, 3 dəfə rayon, eləcə də vilayət məclisinin deputatı seçilib, Cambul vilayətinin diaspor rəhbəri kimi fəaliyyət göstərib. O, dəfələrlə Qazaxıstan dövləti tərəfindən müxtəlif medal və sertifikatlarla təltif edilib. Muzeydə E.Zamanovun guşəsi 2024-cü ilin fevral ayında Dinməhəmməd Kunayevə həsr olunan guşə ilə birgə yaradılıb.

Qeyd edək ki, vilayətdə Azərbaycan diasporunun quruculuğunda böyük rol oynayan Eyvaz Zamanov "Qazaxıstan Respublikası 10 il" yubiley medalı, "Qazaxıstan Respublikası Konstitusiyası 10 il" və "Şapaqat" medalları və Qazaxıstanın Səhiyyə Nazirliyi tərəfindən dəfələrlə sertifikat və fəxri fərmanlar ilə təltif olunub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər