Rustavidəki Təhsil və Mədəniyyət Mərkəzinə Azərbaycan dilində kitablar hədiyyə edilib

29 may, 2024

Rustavidəki Təhsil və Mədəniyyət Mərkəzinə Azərbaycan dilində kitablar hədiyyə edilib

Gürcüstanın Rustavi şəhərində fəaliyyət göstərən Təhsil və Mədəniyyət Mərkəzində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə yeni açılmış uşaq kitabxanasına Azərbaycan uşaq ədəbiyyatı, uşaq ensiklopediyası, dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcümə olunmuş variantları hədiyyə edilib.

Mərkəzin direktoru Raida Dərziyeva Rustavi şəhərində Azərbaycan dilində uşaq ədəbiyyatına ehtiyac duyulduğunu söyləyib. “Düşünürəm ki, Komitə tərəfindən bizə hədiyyə olunan kitablar mərkəzimizə daha çox uşağın cəlb olunmasına öz töhfəsini verəcək. Bundan əlavə biz Azərbaycan uşaq ədəbiyyatı ilə yanaşı, gürcü dilində də uşaq ədəbiyyatının əldə olunması üçün şəhər meriyasına məktubla müraciət etmək niyyətindəyik. Fürsətdən istifadə edib Rustavi şəhəri və ətraf kəndlərdə yaşayan məktəb şagirdlərini bizim kitabxanada mövcud olan kitabları oxumağa dəvət edirik”, – deyə mərkəzin direktoru bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Sabit Məmmədov Gürcüstanda yaşayan soydaşlarımıza Komitə tərəfindən daim göstərilən diqqət və qayğıdan söhbət açıb və bu cür ənənələrin gələcəkdə də mütəmadi olaraq davam etdiriləcəyini nəzərə çatdırıb. 

Gürcüstan parlamentinin sabiq deputatı Mahir Dərziyev öz şəxsi kitabxanasından yeni açılmış bu Azərbaycan ocağına 100 ədəd Azərbaycan dilində kitab hədiyyə edəcəyini bildirib.

Komitənin dəstəyi ilə Rustavi şəhərində fəaliyyətə başlayan bu kitabxana gənc nəsli intellektual inkişafa və doğma dilində mütaliəyə sövq edəcək.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər