“Qarabağ Azərbaycandır!” Koordinasiya Dərnəyi Xocalı soyqırımını yad edib

27 fevral, 2024

“Qarabağ Azərbaycandır!” Koordinasiya Dərnəyi Xocalı soyqırımını yad edib

Türkiyədə Xocalı Soyqırımının 32-ci ildönümünə həsr olunmuş konfrans baş tutub. Tədbir İstanbul Yeni Yüzyıl Universitetində “Karabakh is Azerbaijan! Milli Platformasının Türkiyə Cümhuriyyəti Koordinatorluğu və onun tərkibində “Qarabağ Azərbaycandır!” Koordinə Etmə Dərnəyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, İstanbul Yeni Yüzyıl Universiteti, İstanbul Türk Ocağı, AGİH (Azərbaycan Gənclərinin İstanbul həmrəyliyi) STP-nin (Sivil Toplum Platforması) dəstəyi ilə həyata keçirilib.

Konfransda Türkiyə Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti, Türkiyə Böyük Millət Məclisinin üzvləri, bürokratlar, ASAM-ın (Avrasiya Stratejik Araşdırmalar Mərkəzi) nümayəndə heyəti, müxtəlif Qeyri-Hökumət Təşkilatları (QHT) və türk dünyasının nümayəndələri, tələbələr iştirak edib.

Tədbirdə ilk olaraq Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra “Haber Global TV”-nin hazırladığı “Xocalıda nələr oldu?” adlı video-çarx təqdim edilib.

 “Qarabağ Azərbaycandır!” Koordinasiya Dərnəyinin rəhbəri Dr. Elvin Abdurahmanlı tədbiri açıq elan edib. Daha sonra İstanbul Yeni Yüzyıl Universitetinin rektoru Prof. Dr. İlhan Yaşar Hacısalihoğlu, Kontr-Admiral Dosent Dr. Cihat Yaycı, Türkiyə Respublikasının Gənclər və İdman nazirinin müşaviri Ömər Faruk Terzi, həmçinin ASAM-in (Avrasiya Stratejik Araşdırmalar Mərkəzi) rəhbəri Şaban Gülbahar Xocalıda azərbaycanlılara qarşı törədilən erməni qətliamından danışıb.

Tədbirin panel hissəsində moderator Dr. Ural Aküzüm və Prof. Dr. Emre Öktem, General Prof. Dr. Esat Arslan və İstanbul Türk Ocağı şöbəsinin başqanı Dr. Cezmi Bayram soyqırımı ilə bağlı fikirlərini bildirib, erməni vandalizmini diqqətə çatdırıb.

Sonda “Qarabağ Azərbaycandır!”  Koordinə Etmə Dərnəyinin rəhbəri natiqlərə və İstanbul Yeni Yüzyıl Universitetinin rektoru Prof. Dr. İ.Y.Hacısalihoğluna  daim Azərbaycanın yanında olduqlarına görə təşəkkür edib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər