Misirdə “Heydər Əliyev İli” çərçivəsində keçirilən növbəti müsabiqəyə yekun vurulub

22 avqust, 2023

Misirdə “Heydər Əliyev İli” çərçivəsində keçirilən növbəti müsabiqəyə yekun vurulub

Qahirə şəhərində yerləşən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin ofisində “Heydər Əliyev İli” çərçivəsində təşkil edilmiş hafizlər arasında müsabiqənin yekun mərhələsi baş tutub.

Mərasim iştirakçılarını Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misirdəki koordinatoru, tədqiqatçı-alim Seymur Nəsirov salamlayıb. Bildirib ki, bütün dünyada olduğu kimi, Misirdə də müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş müxtəlif tədbirlər keçirilir. Bu ilin iyul ayında elan edilmiş hafizlərin müsabiqəsi də bu qəbildən olan layihələrdən biridir.

Dahi şəxsiyyətin həyatı və siyasi fəaliyyəti barədə məlumat verən Seymur Nəsirov nəzərə çatdırıb ki, Azərbaycan xalqının qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürən Heydər Əliyev dövlət müstəqilliyimizin qorunub saxlanılmasına, Azərbaycanın vətəndaş qarşıdurmasına sürüklənməsinin, parçalanmasının qarşısının alınmasına, dərin siyasi-ictimai böhrana son qoyulmasına nail olub.

Tədbirdə çıxış edən Misir Ərəb Respublikası Ali Təhsil Nazirliyinin xarici əlaqələr üzrə baş direktoru İmam Bağdadi  iki ölkə arasında dostluq əlaqələri qədim tarixə söykəndiyini, xalqlarımızın bir-birinə böyük hörmət və doğmalıq hissləri ilə bağlandığını bildirib.

Sonra Misir vətəndaşlarının və bu ölkədə yaşayan əcnəbilərin qatıldıqları müsabiqənin nəticələri açıqlanıb. Müsabiqə iştirakçılarına diplomlar, o cümlədən müsabiqənin 6 qalibinə pul mükafatı təqdim edilib.

“Heydər Əliyev İli” çərçivəsində Misir-Azərbaycan Dostluq Cəmiyyətinin təşkil etdiyi müsabiqələrin 5 qalibinin Diasporla İş üzrə Dövlət Komitəsinin vasitəsi ilə Azərbaycana səfəri nəzərdə tutulur.

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər