Manisada Xocalı faciəsinin qurbanlarına həsr olunmuş fotosərgi təşkil olunub
24 fevral, 2024Türkiyənin Manisa şəhərinin Manisa Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar “Xocalı soyqırımı” adlı fotosərgi baş tutub.
Manisa Böyükşəhər Bələdiyyəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF), Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı baş tutan tədbirdə əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, sonra ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sərgidə Manisa Böyükşəhər Bələdiyyəsinin, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının nümayəndələri və Manisa Cəlal Bayar Universitetində təhsil alan azərbaycanlı tələbələr iştirak edib.
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədrinin müşaviri Pərviz Məmmədzadə və Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Şentürk Hoşgül çıxış edərək insanlıq əleyhinə yönəlmiş Xocalı soyqırımı haqqında sərgi iştirakçılarına məlumat verib.
Qeyd edək ki, Xocalı faciəsi qurbanlarının xatirəsi hər il olduğu kimi bu il də dünyanın müxtəlif ölkələrində ehtiramla yad edilir. “Xocalıya Ədalət” təbliğat və təşviqat kampaniyası çərçivəsində diaspor təşkilatları tərəfindən Xocalı həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, erməni işğalçılarının mənfur əməllərini beynəlxalq müstəvidə tanıtmaq məqsədilə müxtəlif səpkili tədbirlər həyata keçirilir.
Foto qalereya
Digər xəbərlər