Komitə əməkdaşları və diaspor nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

10 may, 2024

Komitə əməkdaşları və diaspor nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və hazırda Azərbaycanda olan diaspor nümayəndələri görkəmli dövlət xadimi, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və komitə əməkdaşları, diaspor nümayəndələri Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı da ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər