Komitə əməkdaşları Qazaxıstandakı diaspor təşkilatının ofisində olublar
18 aprel, 2024Qazaxıstana səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Almatı şəhərində fəaliyyət göstərən “Ata Yurd” (Nomad) İctimai Birliyinin ofisində olublar.
Görüş zamanı Birliyin rəhbəri Süleyman Əhmədov “Ata Yurd”un fəaliyyətindən danışıb, Qazaxıstanın müxtəlif regionlarında filiallarının olduğunu qeyd edib. Cari il ərzində görüləcək işlər, o cümlədən Birliyin gənclər təşkilatının Almatı şəhərində idman sahəsində həyata keçirəcəyi yeni layihələr barədə məlumat verib.
Komitə əməkdaşları Azərbaycan diasporunun mütəşəkkil, sistemli və ardıcıl fəaliyyət göstərməsi, eləcə də soydaşlarımızın birlik və həmrəyliyinə nail olunması istiqamətində həyata keçirilən layihələrdən, o cümlədən Komitənin dəstəyi ilə Qazaxıstanda görülən işlərdən bəhs ediblər.
Foto qalereya
Digər xəbərlər