IV Yay Düşərgəsənin iştirakçıları Naxçıvanın tarixi memarlıq abidələrini və görməli yerlərini ziyarət ediblər

18 avqust, 2023

IV Yay Düşərgəsənin iştirakçıları Naxçıvanın tarixi memarlıq abidələrini və görməli yerlərini ziyarət ediblər

“Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçıları qədim Naxçıvan şəhərinin tarixi memarlıq abidələri və görməli yerləri ilə tanış olublar.

Ekskursiya zamanı Heydər Əliyev Muzeyi, Möminə Xatun türbəsi, Naxçıvan Xan Sarayı, Hüseyn Cavid məqbərəsi, “Naxçıvanqala” tarixi-memarlıq muzey kompleksi, Nuh Peyğəmbər türbəsi, “Əshabi-kəhf” və Əlincə qalası ziyarət edilib.

Düşərgə iştirakçıları Batabat gölündə də olublar.

Xaricdə yaşayan gənc soydaşlarımıza hər bir memarlıq abidəsinin tarixi barədə ətraflı məlumatlar verilib və suallar cavablandırılıb. 

Qeyd edək ki, düşərgə həyatının hər günü yoga üzrə ixtisaslaşmış təlimçi Ruqiyyə Əşrəflinin rəhbərliyi ilə səhər idmanından başlayıb. Günün proqramına Avropa Şurasının Gənclər Departamentinin Təlimçilər Şəbəkəsinin baş təlimçisi  Pərvanə Məmmədova rəhbərlik edib. Axşamlar isə Azərbaycan dili müəllimi Səbinə Əliyeva düşərgə iştirakçılarına doğma dilimizi tədris edib.

Asudə vaxtlarında düşərgə iştirakçıları Azərbaycan filmlərini seyr edib, müxtəlif intellektual və əyləncəli oyunlarda iştirak ediblər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər